Yuyucu vasitələr xərçəngin inkişafına səbəb ola bilər? - ONKOLOQ İZAH ETDİ

“Yuyucu vasitələr birbaşa xərçəngə səbəb olmur. Amma yuyucu vasitələrin tərkibində olan müəyyən maddələr bədənin immunitetini aşağı sala bilir”. Bu sözləri SİA-ya açıqlamasında onkoloq-cərrah İbrahim Əsədli deyib.

Onun sözlərinə görə, bədənin immuniteti aşağı düşdükdə isə xərçəng yarana bilir: “Yəni, kimyasal yuyucu vasitələr uzun müddətdə xroniki stress kimi davam edərsə, xərçəngə səbəb ola bilər”.

İbrahim Əsədli sözlərinə belə davam edib: “Xərçəngin əsas səbəbi immunitetin aşağı düşməsidir. O da stresdən baş verir. Xərçəng psixosomatozdur. Əlavə vasitələr isə sadəcə olaraq qıcıqlandırıcı vasitələr kimi təsir edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə