Çuvaşiyada qarayara yoluxma halları Rusiyada xəstəliyin kütləvi yayılmasına səbəb olmayacaq, çünki onu törədən bakteriya insandan insana keçmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Ural bölməsinin İmmunologiya və Fiziologiya İnstitutunun elmi işçisi Mixail Bolkov danışıb.

Rusiyalı alimin sözlərinə görə, qarayara yalnız heyvanlarla və ya sporlarla təmasda ola bilər. Müəyyən şəraitdə xəstəlik törədən bakteriya “Bacillus anthracis spora” çevrilə bilər, bu formada orqanizmin nəm toxumalarına daxil olur və artıq orada yenidən bakteriyaya çevrilərək insanı yoluxdurur.

“...İnsanlar adətən ölü heyvanın basdırıldığı yerdə və ya hər hansı bir heyvanla təmasdan sonra bu xəstəliyə yoluxa bilərlər. Ona görə də sanitar nəzarət onları daim yoxlayıb peyvənd etməlidirlər. Sibir yarası ətraf mühitə keçə bilər, məsələn, mal-qaranın basdırıldığı yerləri su yuyub apararsa”.

Mixail Bolkov ideyib bunu və əlavə edib ki, qarayara xəstəliyinin nəticələri bakteriyanın orqanizmə daxil olduğu yerdən asılıdır. Əgər bu bakteriya insana dəridən və ya bağırsaqdan keçərsə, xəstə mütləq sağ qalacaq. Düzdür, irinli iltihaba və qan qusmasına dözməli olacaq.

Amma ağciyərlərdən keçərsə, xəstə erkən mərhələdə lazımi müalicə olmadan mütləq öləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə