"Həkimlərimizi tanıyın” - Rubrikamız

Sizə səmimiyyəti və peşəkarlığı ilə seçilən yüksəkixtisaslı pediatr-neonatoloq Dr. ÜLKƏR MƏHƏRRƏMOVAnı təqdim edirik.
Dr.Ülkər Məhərrəmova Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenteroloji, pulmonoloji, otolarinqoloji, allergik xəstəliklərin müalicəsi və ağır xəstələrin stasionar şəraitdə müalicəsi ilə məşğul olur.

Dr.Ülkər Məhərrəmova 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almış, 2008-2009-cu illərdə Sumqayıt şəhəri 2 saylıı doğum evində neonatoloq ixtisası üzrə internatura keçmişdir. Əmək fəaliyyətinə 2010-ci ildə başlayan Ülkər həkim Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir. Daim beynəlxalq konfranslarda, seminarlarda və elmi-praktik konfranslarda iştirak edən Dr. Ülkər Məhərrəmova neonatologiya sahəsi üzrə yenilikləri izləyir və öz fəaliyyətində tətbiq edir.

Dr.Ülkər Məhərrəmova 2014-cü ildə Türkiyənin Ankara Universiteti Tibb fakültəsi Cebeci Hastanesi “Yenidoğulmuşların reanimasiyası” kursunda, 2015-ci ildə Türkiyə Neonatologiya Cəmiyyətinin keçirdiyi “Yenidoğulmuşlarda reanimasiya və mexaniki ventilyasiya” kursunda, 2018-ci ildə Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkiyə 1-ci Beynalxalq Neonatoloji İntensiv təlim kursunda, 2019-cu ildə ATU-nun və Türkiyənin Ankara Universitetinin təşəbbüsü ilə Bakı şəhərində keçirilmiş “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda və 2022-ci ildə Türkiyənin İzmir şəhərində Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursunda iştirak etmişdir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/ulker-meheremova/.

Dr. Ülkər Məhərrəmovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi:

(012) 404-08-08.

(012) 404-08-08

Bütün xəbərlər Facebook səhifəmizdə