Mirmənsim Məmmədov “Diabetik nefropati” mövzusunda çıxış edib

Mərkəzi Gömrük Hospitalının Nefrologiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov 9 mart 2022-ci il tarixində Ümumdünya Böyrək Gününə həsr edilmiş "Böyrək xəstəliklərinə multidissiplinar yanaşma" mövzusunda keçirilən Elmi Konfransda “Diabetik nefropati” mövzusunda çıxış edib. SİA xəbər verir ki, Mirmənsim həkim çıxışında qeyd edib ki, bütün dünyada və eyni zamanda ölkəmizdə xroniki böyrək xəstəliyinin ən çox rast gəlinən səbəbi şəkərli diabetə bağlı böyrək zədələnməsidir. O, diabetik nefropatinin kilinik mərhələləri olan hiperfiltirasiya və hiperfuksiya, səssiz, mikroalbuminuri, protenuri və yaxud nefropatiya və böyrək çatmamazlığı mərhələləri barədə ətraflı məlumat verib.

Dr.Mirmənsim Məmmədov hiperqlikemiya fonunda meydana çıxan medyatorlar və onların təsirindən yaranan patoloji dəyişiklərin iki mexanizmi olan- hemodinamik faktorlar və metobalik dəyişikliklər, hemodinamik faktorların təsirindən yaranan patoloji dəyişikliklər olan podosit zədələnmə və metabalik dəyişikliklər barədə danışıb. Eyni zamanda, diabetik nefropatinin müalicəsi və xəstəliyin qarşısının alınması barədə ətraflı mılumat verilib. Mirmənsim müəlim təqdimatın sonunda konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə