"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir" - SƏBİNƏ ƏLİYEVA
"Dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir". SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman Səbinə Əliyeva deyib.
“Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir", - deyə o bildirib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB