"Fizioterapiya tibbin geniş əhatəli müalicə sahəsidir" - FİZİOTERAPEVT DANIŞDI
"Fizioterapiya tibbin geniş əhatəli müalicə sahəsidir. Lakin həkim-fizioterapevt fizioterapiyanın hansı növündən istifadə edəcəyini, pasientin başqa hansı xəstəliklərinin olmasını, müalicə edəcəyi xəstəliyin hansı mərhələdə olduğunu, neçə gün təyin edəcəyini xəstəni dəqiq müayinə etdikdən sonra qərar verməlidir". Bu sözləri SİA-ya açıqlamasında həkim-fizioterapevt Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, çünki fizioterapiyanın tətbiqinə ümumi və xüsusi əks göstəricilər var. Bu göstəricilər ümumi və xüsusi olaraq iki yerə bölünür və aşağıdakılardır:
Ümumi əks göstəricilər:
- Kaxeksiya (Bədən cəkisinin normadan az olması)
-Epilepsiya
-Hemorragik sindrom
-Hemolitik sindrom
-Böyrək və qaraciyər catışmazlığı
-Yüksək temperatura
-Beyin damarlarının kəskin aterosklerozu
-Ürək damar sistemi çatışmazlığı
-Tənəffüs sistemi çatışmazlığı
-Hipertonik xəstəlik lll dövr .və s.
Xüsusi əks göstəricilər:
-Dəri tamlığının pozulması
-Qalxanabənzər vəzidə düyünlər
-Şəxsi keçiriciliyin pozulması
-Tətbiq olunan sahədə metal əşyanın olması
-Tətbiq olunan sahədə nevusun olması
-Kəskin irinli iltihabi proseslər və s.
Bütün bu sadalananlara baxmayaraq, peşəkar həkim-fizioterapevtin xəstəliyin müalicəsi ücün hər zaman alternativ variantları var. Çünki fizioterapiya fiziki metodlarla müalicədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB