Elmi Konfrans 4 DTT balı ilə qiymətləndirilib

6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Materia Medica şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

Proqrama uyğun olaraq konfrans ümumi cərrah, terapevt, qastroenteroloq, toksikoloq, infeksionist və laborant ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.

Konfransda iştirak ödənişsizdir!

Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Belə ki, Konfrans 14:00-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/06-mart-infeksion-ve-qeyri-infeksion-hepatitlerin-mualice-ve-diaqnostikasina-muasir-yanasma/#gsc.tab=0

Qeydiyyat linki: https://forms.gle/GyQh3hmk594yu9cEA

Bütün xəbərlər Facebook səhifəmizdə