ABŞ Energetika Nazirliyinin ekspertləri, COVID-19 koronavirusun Çindəki laboratoriyadan sızma nəticəsində yayıldığına əminlik bildiriblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” yazıb.
Məqalədə deyilir ki, Energetika Departamenti indi Federal Təhqiqat Bürosu ilə razılaşır ki, virus çox güman ki, Çin laboratoriyasında baş verən insident səbəbindən yayılmağa başlayıb.
Maraqlıdır ki, hazırda ABŞ hakimiyyət orqanlarında bu məsələ ilə bağlı konsensus yoxdur.
Qeyd edək ki, “The Wall Street Journal”ın yazdıqlarını ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da şərh edib. Onun sözlərinə görə, hazırda koronavirusun mənşəyi ilə bağlı dəqiqlik yoxdur.
Amma ABŞ Energetika Nazirliyi bu mövzuda araşdırmaya cəlb olunub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB