Post-COVID sindromunun ən ümumi simptomları

Əksər insanlar bu təhlükəli xəstəlikdən əziyyət çəkərək ciddi fəsadlarla üzləşirlər. Virusun özü mütəmadi olaraq mutasiyaya uğrayır və yeni xüsusiyyətlər əldə edir. Həkim Valeri Veçorko post-covid sindromunun ən çox görülən simptomlarını adlandırıb.

Həkimin sözlərinə görə, bu vəziyyət adətən diaqnozdan 3-12 həftə sonra özünü hiss etdirir. Bu vəziyyətdə, bir qayda olaraq, sinir, həzm və ürək-damar sistemlərində problemlər yaranır. Qeyd edək ki, bundan əzələ-skelet sistemi də təsirlənə bilər. Sindromun aşkar əlamətləri arasında nəfəs darlığı, ürəkbulanma, yüksək qan təzyiqi, şişkinlik, depressiya və yuxusuzluq olur.

SİA-nın əldə etdiyi məlumata görə, artıq çəkisi olan və ya az çəkisi olan xəstələrdə, həmçinin yaşlılarda və xroniki xəstəliklərdən əziyyət çəkənlərdə bu təsirlərin yaranma riski daha yüksəkdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə