MGH-nin pediatrı “Suçiçəyi” xəstəliyi barədə məlumat verib – VİDEO

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Aygün Sadıxova İctimai TV-nin “Yaxşı həkim” verilişində “Suçiçəyi xəstəliyi” mövzusunda çıxış edib. SİA dr.Aygün Sadıxovanın çıxışını Sizə təqdim edir. https://youtu.be/9EYVGl2WvF0

Aygün həkim 1994-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almış, 2001-2002-ci illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pediatriya ixtisası üzrə internatura keçmişdir. O, əmək fəaliyyətinə 2002-ci ildə başlayaraq 2017-ci ilə qədər dövlət tibb müəssisəsində pediatr-neonatoloq kimi çalışıb. Aygün həkim 2017-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir.

Dr.Aygün Sadıxova beynəlxalq konfranslarda, seminarlarda və elmi-praktik konfranslarda iştirak edir. O, 2018-ci ildə Neonatologiya üzrə I Bakı Beynəlxalq Konfransında, “Pediatriyada yeniliklər” mövzusunda VIII Simpoziumda, 2019-cu ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə II İntensiv təlim kursunda, Neonatologiya üzrə II Bakı Beynəlxalq konqresində, 2022-ci ildə Türkiyənin İzmir şəhərində Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursunda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə