Röyanın hit mahnısı Türkiyədə

Estrada ulduzu Röya Türkiyədə yaradıcılığını davam etdirmək niyyətindən qalmır. SİA-nın verdiyi məlumata görə, müğənni bu dəfə qardaş ölkənin musiqi dünyasına Azərbaycanda ən uzunömürlü hiti olan "Bəlkə də" kompozisiyasını çıxarmaq fikrinə düşüb.

Azərbaycanda hit olan bu mahnı Türkiyədə üçüncü dəfə aranjeman olunacaq. "Bəlkə də"nin musiqisi bəstəkar Pərviz Mahmudov, sözləri isə Leyli İsrafilovaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə