Dəb, moda demək olar ki, bizim həyatımızın bütün sahələrini əhatə edir, hətta gözlərin rəngini belə. Rəngli kontakt linzalar artıq neçə illərdir ki, dəbdədir. Bu tapıntıya görə isə bəşəriyyət Leonardo da Vinçiyə minnətdar olmalıdır. Məhz o ilk dəfə linzanın insan gözünün rənginin dəyişmək imkanına malik olduğunu öyrənmişdir.
Qadınların əksəriyyəti öz xarici görünüşlərindən elə də razı deyillər, onlardan 60%-i isə gözlərinin rəngini bəyənmirlər. Bu gün belə qadınların çıxış yolu var. Sadəcə rəngli kontakt linza almaq kifayətdir. Rəng seçimi kifayət qədər genişdir, görmə qabiliyyətinə pis təsir etmir, zahiri görünüşü isə əsaslı şəkildə dəyişə bilir. Hətta ən tünd qara rəngli gözü belə bir andaca mavi gözə çevirmək olur ki, bu halda hər şey çox təbii görünür və ətrafdakıların nəzər-diqqətini cəlb etmir.
Rəngli linzaları təkcə kosmetik məqsədlər üçün istifadə etmirlər. Demək olar ki, linza istehsal edən hər bir firma görmə problemi olanlara da kömək etmək üçün xüsusi linzalar istehsal edir. Bəzi göz xəstəlikləri zamanı, hətta rəngli linzalardan belə istifadə etmək olur.
Bəs siz gözlərinizin rəngini dəyişmək istərdinizmi? Hansı rəng?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB