Ukraynada yaşayış evində partlayış olub...

...ölən və yaralanan var

Ukraynanın Novaya Odessa şəhərində (Nikolayev vilayəti) beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

SİA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yerli departamenti məlumat yayıb.

Hadisə şənbə günü baş verib. İlkin məlumata görə, sonuncu mərtəbədəki mənzildə məişət qazının sızması nəticəsində partlayış baş verib. İkisi dördüncü, ikisi beşinci mərtəbədə olmaqla 4 mənzil dağıdılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə