Gürcüstanda kömür mədənində uçqun...

...1 nəfər həlak olub

Gürcüstanın Tkibuli şəhərində kömür mədənində süxur çökməsi nəticəsində bir nəfər həlak olub.ölüb.

SİA xəbər verir ki, hadisə, iki nəfərin olduğu mədəndə gücləndirmə işləri aparılarkən baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti bildirib ki, xilasedicilər dağıntılar altında qalmış bir nəfərin cəsədini çıxarıblar.

Qeyd edək ki, Tkibulidəki mədəndə süxurun çökməsi şənbə günü günorta karxananın möhkəmləndirilməsi işləri zamanı baş verib. Dağıntılar altında iki nəfərin olduğu bildirilirdi. Hadisədən bir neçə saat sonra xilasedicilər dağıntılar altında qalanlardan birini çıxarıblar, o xəstəxanya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə