Kürdəmirdə qadını döyərək qarət etdilər - VİDEO

Kürdəmirdə qadına qarşı soyğunçuluq edən şəxslər saxlanılıblar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun rayonun Yeni Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağsu rayon sakini Burcəliyeva Kəmalə Xanəli qızı DİN-in "102" xidmətinə və Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək rayon ərazisində tanımadığı dörd nəfər şəxsin ona qarşı soyğunçuluq əməli törətdikləri barədə məlumat verib. Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bu əməli törədənlər Kürdəmir rayon Yeni Şıxımlı kənd sakinləri Şıxəliyev Loğman Fariz oğlu, Səmidov Amil Famil oğlu, Həmidov Saməddin Qüdrət oğlu və Cəbrayılov Nicat Elçin oğludur. İlkin dindirmə zamanı onlar etdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, istintaq davam etdirilir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...