Sumqayıt – Bakı yolunda ağır qəza: sürücü ölüb

Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində sürücünün ölümü ilə nəticələnən yol nəqliyat hadisəsi baş verib. Məlumata görə, Seymur Kalbalıyevin Sumqayıt şəhərindən paytaxt istiqamətində idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmənin ani olaraq itirilməsi nəticəsində gəldiyi sürətlə iki hərəkət zolağını bir-birindən ayıran dəmir çəpərə çırpılıb.

Qəza nəticəsində sürücü Seymur Kalbalıyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Avtomobildə sürücüdən başqa onun ailə üzvləri olsa da, sərnişinlər bu qəzadan xəsarətsiz qurtula biliblər.

Faktla bağlı Baş Dövlət yol polisi idarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə