Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-21012” markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X.Civişovu vurub. Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ.Məmmədova və 1993-cü il təvəllüdlü G.Həmzəyeva da xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB