Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə göldə boğulub

Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə göldə boğulub

Gürcüstanın Marneuli bələdiyyəsinin Kürüstü Kəpənəkçi kənd sakini, 15 yaşlı Rəvan Əfəndiyev Tiflisdə göldə boğularaq həyatını itirib. SİA 24Nyus.ge-yə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Məlumata görə, Rəvan dostları ilə birlikdə Tiflisə gölə çimməyə gedib. O, qəfil suda boğulmağa başlayıb. Ətrafdakı şəxslər müdaxilə edərək yeniyetməni sudan çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə