Göyçayda qətl hadisəsi baş verib. Hadisə bu gün saat 16 radələrində rayonun Qarabaqqal kəndində yerləşən kafedə baş verib. 38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə T. İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB