Lökbatandakı güclü yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB 2

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

SİA xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri cəlb olunub. İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə