Şəmkirdə manqalı yandıran zaman yanıq xəsarətləri alan 23 yaşlı oğlan ölüb

Şəmkirdə manqalı yandıran zaman yanıq xəsarətləri alan 23 yaşlı oğlan ölüb

Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb.

SİA-nın məlumatına görə, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə