Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də qeyd edilən cinayət əməlinə görə məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb. Onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;