Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr köçülür. SİA-nın məlumatına görə, Gəncə şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhət adına 1 Saylı Xəstəxanasında kislarot balonunun yanması ciddi problemələrə yol açıb.
Hazırda xəstəxananın reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 yalı xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə təxliyə olunub.
Qeyd edək ki, Abbas Səhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə