Bakıda avtoyumada kişini "tok" vuraraq öldürüb

Bakıda avtoyumada kişini "tok" vurub. SİA xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Emin Əliyev avtoyuyucu işlədiyi Bakı şəhəri Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən avtoyuma məntəqəsində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə