Yasamalda sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb

Yasamalda sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb. SİA-nın xəbərinə görə, iyunun 10-da saat 02 radələrində M.Əliyev küçəsində “Saipa” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edən sürücü maddi zərərlə nəticələnən qəza törədib.

1994-cü il təvəllüdlü şəxs idarə etdiyi “Saipa” avtomobili ilə yol kənarında dayanan “Hyundai” markalı nəqliyyat vasitəsinə və mopedə çırpılıb.

Nəticədə “Saipa” markalı avtomobildə olan 1 nəfər yüngül xəsarət alıb. Sərxoş vəziyyətdə olan sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə