Qaxda baş verən yol nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb

Qax-Qorağan avtomobil yolunun Qax rayonunun Turaclı kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillər toqquşub. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müayinə və müalicələri davam etdirilir.

Baş vermiş qəzanın təfərrüatları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə