Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. SİA xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə