Türkiyədə meşə yanğını baş verib

Türkiyədə meşə yanğını baş verib. SİA yerli mediaya istinadən xəbər verir ki, yanğın Qaziantepin İslahiye rayonunda qeydə alınıb. Meşə yanğını 5 hektar sahəni əhatə edib. Naməlum səbəbdən baş verən meşə yanğınını söndürmək üçün əraziyə 2 helikopter, yanğınsöndürən maşınlar cəlb olunub.

Təxminən 2,5 saat çalışan qruplar tərəfindən söndürülən yanğın 5 hektar əraziyə ziyan vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə