Lənkəranda dağlıq ərazidə itkin düşən 55 yaşlı kişinin meyiti tapılıb. SİA-nın məlumatına görə, meyitin 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynova aid olduğu müəyyənləşib.
Qeyd edək ki, tapılan meyitin rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan şəxsə aid olduğu bildirilir. Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə