Qazaxda avtomobil divara çırpılıb - ölənlər var

Qazax rayonunda ağır yol qəzası baş verib. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.

Belə ki, "BMW" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə