Laçın rayonunda baş verən avtomobil qəzasında yaralanan şəxs Bərdə xəstəxanasında ölüb. SİA-nın əldə etdiyi məlumata görə, iyunun 1-də Laçın rayonu ərazisində yolsuzluq avtomobilinin qəzaya uğraması nəticəsində maşında olan dörd sərnişin ağır dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq, yaralılardan Raquf Əliyev ötən gün dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə