Sabirabadda evdə yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub. SİA-nın Aran bürosunun məlumatına görə, bunlar Muğan Gəncəli kənd sakinləri; 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanov Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə