Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. İlkin məlumata görə, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Hadisə yerinə cəlb olunan nazirliyin yanğından mühafizə qüvvələri evdə dörd nəfərin meyitini aşkar ediblər. Bildirilib ki, yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə