Sabirabadda müşahidə olunan güclü külək nəticəsində tikilinin damı uçaraq avtomobil üstünə aşıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, saat 19 radələrində Sabirabad şəhəri ərazisində hava şəraiti güclü küləklə müşahidə edilib. Bir neçə dəqiqə davam edən küləyin təsiri nəticəsində Heydər Əliyev prospektində yerləşən tikilinin dam örtüyü uçaraq yol kənarında dayanan avtomobilin üstünə aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb, damı uçan tikili və avtomobil yararsız hala düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə