Xaçmazda avtomobil qəzası olub, xəsarət alanlar var

Xaçmaz şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.

”Mercedes” və “Audi” markalı minik avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 2013 -cü il təvəllüdlü Ə.Ələsgərov, Xaçmaz şəhər sakinləri - 1978-ci il təvəllüdlü Şahid Mövsümov, 2003-cü il təvəllüdlü Şəbnəm Mövsümova və 2005-ci il təvəllüdlü Anar Mövsümov xəsarət alıblar.

Yaralılar dərhal Xaçmaz şəhər Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə