Salyanda yanğın olub, iki mindən çox ot bağlaması yanıb

Salyan rayonunda baş verən yanğın hadisəsi zamanı, iki mindən çox ot bağlaması yararsız hala düşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb. Kənd sakininə məxsus təsərrüfatda baş verən yanğın zamanı iki mindən çox ot bağlaması yanıb, yardımçı tikiliyə ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə