Goranboyda minaya düşən 45 yaşlı kişinin vəziyyəti - YENİLƏNİB 2

Mayın 31-i saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şəxsə sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib: "Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə