Biləsuvarda yol qəzası olub, 5 nəfər yaralanıb

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "Ford" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə