Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub. SİA xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayonun Çöl-Ərəb kənd sakini, 1993-cü il təvəllüdlü Bayramova Rüfanə Qorxmaz qızı ötən gün xəstəxananın Doğum şöbəsinə müraciət edib. Həkimlər ona səhhətində hər şeyin qaydasında olduğunu deyib və ailə üzvləri onu evə aparıb.

Bu gün səhər saatlarında qadının halı qəfildən pisləşib və yenidən xəstəxanaya gətirilib. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüb. Əməliyyatdan sonra R.Bayramovanın yaxınlarına körpənin tələf olduğu bildirilib.

Hazırda qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır olaraq qalır.

Qeyd edək ki, bu, ananın 5-ci hamiləliyi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə