Mingəçevirdə qadın meyiti tapılıb

Mingəçevirdə qadın meyiti tapılıb. SİA-nın əldə etdiyi məlumata görə, hadisə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sahil parkı adlanan ərazidə 1955-ci il təvəllüdlü Hüseynova Qəmərin meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə