Lənkəranda mağazada partlayış olub, xəsarət alan var

Lənkəranda mağazada partlayış olub. SİA xəbər verir ki, hadisə Lənkəran rayonunun Şovu kəndində baş verib.

Partlayış zamanı mağazada olan Mahir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt üzrə araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə