Şəhid Əsəddin Novruzovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzovun meyitinin qalıqları Mingəçevir şəhərinə gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Mingəçevirdə ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Əsəddin Curu oğlu Novruzov 1939-cu il oktyabrın 15-də Ağdərə rayonunun Baş Güney Pəyə kəndində anadan olub. Özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak edən Ə.Novruzov 1992-ci il martın 12-də həmin kənddə itkin düşüb.

Ə.Novruzov Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə