"Motodrom"da yanğın söndürülüb

Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın söndürülüb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə