Tovuzda zənciravi qəza olub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan VAZ-2106 ilə "Kia" markalı minik avtomobili toqquşub. Daha sonra VAZ-2106 yol kənarında dayanan VAZ-21011-ə, daha sonra avtomobil təmiri emalatxanasına çırpılıb. Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə