Zaqatalada avtomobil piyadanı vurub

Zaqatalada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, dünən saat 20 radələrində Zaqatala şəhərində Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Umaxan Əliyevi vurub. Xəsarət alan piyada Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə