Biləsuvar sakinini ilan sancıb

Biləsuvar rayon sakinini ilan sancıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Cəbrayılzadə Ramal Əzizağa oğlu həyətyanı sahədə ot toplayarkən onu ilan sancıb.

Zərərçəkən dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib. Hazırda R.Cəbrayılzadənin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə