Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Sabunçu rayonu ərazisində talama cinayəti qeydə alınıb. Əlvan metalların alqı-satqısı ilə məşğul olan bir nəfərə naməlum şəxs yaxınlaşaraq zor tətbiq etməklə pulunu ələ keçirib.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Rabil Quliyev müəyyən edilərək tutulub.

Saxlanılanın üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb. R.Quliyev ifadəsində narkotik vasitə aludəçisi olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə