Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb

Paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

SİA xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

17:51

Bakı şəhərinin Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

SİA xəbər verir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə