Həyat yoldaşı ehtiyatsızlıqdan tir tüfəngi ilə qadına xəsarət yetirib - YENİLƏNİB

Goranboy rayonunda həyat yoldaşı ehtiyatsızlıqdan tir tüfəngi ilə qadına xəsarət yetirib. SİA-nın məlumatına görə, araşdırmalar zamanı N.Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onun həyat yoldaşı olduğu müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisəni törətməkdə ilk olaraq qadının qayınanası şübhəli bilinib. O, hadisəni ehtiyatsızlıqdan törətdiyinə dair yalan ifadə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə