Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb. SİA xəbər verir ki, rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb. Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb. Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə